"Neftçi"nin 22 yaşlı yarımmüdafiəçi "Keşlə" ilə oyunu buraxacaq

img

21-12-2020 [14:29]


Azərbaycan Premyer Liqasında XII turun "Sabah"la oyununda zədələnən  "Neftçi"nin Yusuf Lavalın durumuna aydınlıq gəlib.

Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Report-a verdiyi məlumata görə, arxa əzələsi dartılan 22 yaşlı yarımmüdafiəçi "Keşlə" ilə XIII tur matçını buraxacaq.

Bu isə o deməkdir ki, nigeriyalı oyunçu üçün 2020-ci il vaxtından əvvəl başa çatıb.

Qeyd edək ki, Yusuf Laval dünənki görüşün 60-cı dəqiqəsində zədələnərək, yerini Sabir Buqrinə verib. Səfər matçı "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0.


Digər xəbərlər
SON XƏBƏRLƏR