02-12-2013 [13:35]
Dekabrın 31-nə elə də çox vaxt qalmayıb. 31 dekabr köhnə ilin son günü olmaqla bərabər, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdü. Maraqlı burasındadır ki, biz bir xalq olaraq yalnız bizim üçün rəsmi qaydada müəyyənləşən günlərdə birlik nümayiş etdirib həmrəy ola bilirik. Başqa vaxtlar isə bir-birimizin ətini yeməyə belə hazır ollan millətik. Necə ki, uzun illərdi Dünya Azərbaycanlıları Konqresi adlı bir təşkilatı ora-bura dartmaqdan zavallı təşkilatı elə günə salmışıq ki, indi sadəcə adı qalıb. Hətta "DAK” deyiləndə bir çoxları rişxəndlə bığaltı lağlağı da edirlər. Biz də DAK-da nələr olub bitdiyini DAK-ın sabiq sədri Cavad Derəxtidən öyrənmək istədik.
Vətəninfo.azCavad Derəxti ilə müsahibəni təqdim edir.
- Çavad bəy, Dünya Azərbaycanlıları Konqresinin mövcud fəaliyyəti sizi qane edirmi?
Xeyr. DAK artıq bir neçə qola bölünüb. Siz hansı DAK-ı soruşursunuz?
- Hazırda sizin də təmsil olunduğunuz DAK-ı...
Mən istefa vermişəm və DAK-ın heç bir qanadında təmsil olunmuram.
- Onda belə deyək, bu gün dünya azərbaycanlılarını təmsil edən ümumi bir təşkilata malik deyilik?
Yox. Bir neçə təşkilat var. Ancaq ümumi olaraq güclü bir təşkilat yoxdur. Güclərimizi bir nöqtəyə vurmuruq. Təəssüflər olsun, hər kəs öz bildiyini edir.
- Cavad bəy, hər kəs ümumi birlikdən danışır, amma işə gələndə nədənsə nəticə olmadığı kimi, birliyin olmasına maneələr yaradanların kimliyi də açıqlanmır?
Əslində bu gün DAK-dan ayrılanlar Dünya Azərbaycanlıları Milli Birliyində (DAMB) birləşiblər və "Bütöv Azərbaycan” Televeziyası da bu təşkilatın nəzdində yaranıb. Mən düşünürəm ki, zamanı gələndə hər kəs yenə bir təşkilat çatısı altında birləşəcək. Bunun geci-tezi var. Bir az dözümlü olmalıyıq deyə düşünürəm.
-Bildiyiniz kimi həm Ermənistan, həm də erməni diasporası qondarma erməni soyqırımının 100 illiyinə hazırlıaşır. Həm Türkiyə, həm də Azərbaycan erməni yalanına qarşı sizcə önlənmələr ala bilibmi?
Biz "Bütöv Az” televiziyasını elə erməni yalanlarını, qondarma erməni soyqırımının qarşısını almaq üçün yaratmışıq. Buna hazırlaqlarımız davam edir. Ümidvaram ki, Azərbaycan və Türkiyə hökümət rəhbərləri bu məsələyə ciddi yanaşacaqlar.
- "Bütöv Azərbaycan”da vəziyyət necədi? Eşitdiyimizə görə,ciddi maliyyə sıxıntıları var?
Bəli, doğrudur. Biz diaspora kanalıyıq. TV ticarət və mənfəət əldə etmək məqsədi ilə yaradılmayıb. Biz öz dar imkanlarımız ilə öz ayaqlarımız üstüdə dayanmışıq. Ona görə də imkanlı soydaşlarımızdan və Azərbaycan hökümətinin də bu televiziyanın həqiqi bir diaspora televiziyası olması üçün yardım etmələrini gözləyirik. Başda diaspor komitəsindən böyük gözləntilərimiz var. Amma hələlik heç bir kimsədən bu barədə yardım ala bilməmişik. Ancaq söz verənlər çox olub. Hələ ki, bu söz verənlərdən bir yardım görməmişik.
- Bizdə olan məlumatda iddia edilir ki, TV-yə dövlət tərəfindən dəstəyin olmamasının səbəbi TV-nin ortağının Mirəşrəf Fətiyevin olması ilə bağlıdı. Çünki hesab edirlər ki, kifayət qədər maliyyə imkanlarına sahib Fətiyevin bir TV-ni saxlamaq və onun fəaliyyətini gücləndirmək üçün kifayət qədər maddi imkanı var...
Bunu bütün dünya azərbaycanlıları bilməlidirlər ki, bu gün "Bütov Az” televiziyasının əlində olan imkanlar heç bir Azərbaycan televiziyasında yoxdur. - Biz azad bir ölkədən tam müstəqil olaraq yayımlanırıq. Biz Azərbaycan həqiqətlərini olduğu kimi düya içtimaiyyətinə çatdırmağa qadirik. Yetər ki, bizə yardım olunsun. Mirəşrəf Fətiyev bu günə kimi gördüyüm ən şərəfli bir vətən oğludur. Bu günə kimi də bir tək Mirəşrəf bu televiziyaya yardım edib. Bu gün Mirəşrəf kimi bir neçə vətən oğlu olsaydı, bizim vəziyyətimiz bundan qat-qat yaxşı olardı. Sağ olsun Mirəşrəf Fətiyev. Bir də Mirəşrəf bəy televiziyanın ortağı deyil. Çünki bu televiziyanın sahibi dünya azərbaycanlılarıdır. - İdeoloji baxımdan və mübarizənin aparılması baxımından düz deyirsiniz. "Bötöv Az” bütün dünya azərbaycanlılarının televiziyasıdır.
-Cavad bəy, məsələ rəsmi sənədləşmələrdən gedir?
Rəsmi sənədlərdə Mirəşrəf Fətiyevin əsla adı keçmir. Mirəşrəf bəy mənə güvənib, məndə ona. Mirəşrəf bəyin belə televiziya kanallarına ehtiyacı yoxdur ki, sənədlərdə adı keçsin. O bir tək Azərbaycan naminə televiziyaya yardım edir və etməkdədir. Çünki o Yardımlı rayonunun Primbel kəndindəndir. Mühacirətin nə olduğunu bilir. Qürbətin nə olduğunu bilir. Ona görə də Azərbaycan adının ona nə qədər əziz olduğunu başa düşür. Moskvada qazanıb Primbelə yatırım qoyur. Ancaq bəziləri bunu çəkə bilmirlər. Mən şadam ki, ömrümün bu çağında Mirəşrəf kimi gözəl insanla tanış olmuşam. Allah onun canını sağ eləsin.
- Cavad bəy, dünya azərbaycanlılarının ümumi birliyi üçün hansı addımların atılması vacibdi?
Dostluq, qardaşlıq, barış, hüzur, sevgi və xoş münasibəti insanlarımız arasında yaymalıyıq. Onun uçün də bir birimizə nifrətlə yox, hörmətlə yanaşmalıyıq. Bu saydıqlarımı həyata keçirmək üçün məsuliyyətli media qurumlarına ehtiyacımız var. Bu da bir az zaman tələb edəcək.
Vətəninfo.az
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi