"Fənərbağça" Xortvatiya millisinin qapçısını aldı

img

09-08-2023 [09:55]


"Fənərbağça"nın Xorvatiya milli komandasının qapçısı Dominik Livakoviçlə anlaşıb. 

Mia.az xəbər verir ki, bu məlumatı klubun İdarə Heyətinin keçmiş üzvlərindən olan Səlim Soydan "Radio Gol"da yayımlanan idman verilişində açıqlayıb.

O bildirib ki, "Fənərbağça" bir aydan çoxdur danışıqlar apardığı xorvatiyalı qapıçı ilə nəhayət, razılaşa bilib: ""Fənərbağça"nın qapçısı ya çox təcrübəli türk olmalıdır, ya da əcnəbi. "Beşiktaş"a baxın, qapısında Mert var, "Qalatasaray"a baxın, qalasında Muslera var. "Fənərbağça"dakı Altay və ya İrfana pis qapıçı demirəm, amma çempionluq istəyirsənsə 1 nömrən daha güclü, möhkəm olmalıdır. Buradan fənərliləri sevindərəcək şok xəbəri açıqlayıram: "Fənərbağça" rəhbərliyi artıq xorvatiyalı qapıçı Dominik Livakoviçlə anlaşdı, yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq"

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR