"Beşiktaş" İngiltərə millisinin üzvünü İstanbula gətirir

img

08-08-2023 [00:13]


"Beşiktaş" Rebiçdən sonra heyətinə daha bir ulduz futbolçunu qatmaq üzrədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" "Liverpul"la yollarını ayıran Oksleyd-Çemberlenlə danışıqlar aparır.

Məlumata görə, futbolçu danışıqları sürətləndirmək üçün 24 saat ərzində İstanbula təşrif edəcək.

Bu barədə "Sky Sports" yazıb ki, klubla futbolçu bu vaxt intervalında anla.a bilər. 

Xatırladaq ki, "Liverpul" və "Arsenal"ın formaları altında ümumilikdə 12 kubok qazanan 29 yaşlı yarımmüdafiəçi İngiltərə millisnin heyətində 35 matçda 7 qol vurub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR