Bərdədə daha iki koronavirus xəstəsi saxlanılıb

img

30-11-2020 [12:35]


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVİD-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri – X. Aslanov və N. Rəsulovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Hər iki şəxslə proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmaqlarının zəruruliyi onların diqqətinə çatdırılıb. Bərdə RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:41 18.01.2021

Sabah qar yağacaq