Professor: "Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib"
MƏDƏNİYYƏT
24.11.2020, 12:20
"Bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər. Bununla əlaqədar olaraq institut tərəfindən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb".
Bunu Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib
Onun sözlərinə görə, məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə İnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub: "Yerində baxış zamanı müəyyən olunub ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılmışdır. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək İnstitutun Arxeoloji Fondunda yerləşdirilib".
"Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil",- professor bildirib.
N.Müseyibli vurğulayıb ki, bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcəkdir: "Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər"/Report.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İran Parlamentinin sədri ABŞ-a mesaj göndərdi: "Alovu təcili söndürün!"
Bugün, 16:51 SİYASƏT
-
Prezident: "Xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir"
Bugün, 16:46 GÜNDƏM
-
“Nə obyektim, nə də bir qarış torpağım var” - Deputat müğənni ilə söhbətdə + VİDEO
Bugün, 16:35 SİYASƏT
-
“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir
Bugün, 16:20 İQTİSADİYYAT
-
PREZİDENT ONA GENERAL RÜTBƏSİ VERDİ - Yeni təyinat (YENİLƏNİB)
Bugün, 16:14 GÜNDƏM
-
İranlı hakerlər İsrail Baş Qərargah rəisinin məxfi sənədlərini yayımladı: "Bütün gizli obyektləriniz..."
Bugün, 16:07 GÜNDƏM
-
Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb - FOTOLAR
Bugün, 15:54 GÜNDƏM
-
İcra məmurlarının qulluğa qəbulu: müsabiqə qaydası təsdiqlənib
Bugün, 15:32 GÜNDƏM
-
"Qanuni Sultan Süleyman" zarafatı aktyora baha başa gəldi - Tuba Ulu saxlanılıb
Bugün, 15:19 MƏDƏNİYYƏT
-
Bursa bələdiyyəsi “əl dəyişdirdi” - CHP-li həbs edildi, AKP-li yerinə keçdi
Bugün, 15:08 DÜNYA
-
Tovuzda ailə üç övladından imtina edib
Bugün, 15:02 CƏMİYYƏT
-
İran ordusundan xəbərdarlıq: ”…uzunmüddətli müharibəyə hazırıq”
Bugün, 14:38 GÜNDƏM
-
Sabiq ədliyyə nazirinə ağır itki üz verdi - 19 yaşlı nəvəsi binanın pəncərəsindən yıxılıb...
Bugün, 14:24 CƏMİYYƏT
-
İran itkisini açıqladı: “Təxminən 1200 nəfərin cəsədi tanınmaz haldadır”
Bugün, 14:09 GÜNDƏM
-
Ehtiram Quliyev açıqlamasına görə 20 min cərimələndi - AFFA Tovuz klubunun rəhbəri barədə qərar verdi
Bugün, 13:58 İDMAN
-
Netanyahu: “Livana hücum dayanmayacaq” - "Hizbullah liderinin qardaşı oğlu yox edildi"
Bugün, 13:58 DÜNYA
-
Kamil Bektaşi müşavir təyin edilib
Bugün, 13:15 CƏMİYYƏT
-
Əli Əsədov Litvanın Baş naziri ilə görüşüb
Bugün, 13:09 İQTİSADİYYAT
-
FED: ”İnflyasiya və məşğulluq üçün risklər artıb”
Bugün, 12:58 İQTİSADİYYAT
-
“Sumqayıt”ın baş məşqçisi futbolçusu ilə əlbəyaxa dava edib
Bugün, 12:52 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:38 CƏMİYYƏT
-
Hörmüz boğazı ətrafında müəmma: "Bu, qlobal dəniz kommunikasiyalarında domino effekti yarada bilər" - TƏHLİL
Bugün, 12:38 SİYASƏT
-
Bakıda kafenin icarədarı ofisiantı döyüb
Bugün, 12:22 KRİMİNAL
-
Litvanın Baş naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Bugün, 12:19 SİYASƏT
-
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib - Müzakirə + FOTOLAR
Bugün, 12:03 GÜNDƏM
-
Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib - FOTOLAR
Bugün, 11:58 GÜNDƏM
-
I sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək - Detallar
Bugün, 11:47 CƏMİYYƏT
-
İslamaddakı səfir paylaşımı sildi – İran-ABŞ danışıqları pozulub, yoxsa…
Bugün, 11:26 SİYASƏT
-
“Al Market”in böyük vergi borcu var
Bugün, 11:22 İQTİSADİYYAT
-
Aktrisanın serialdakı yarıçılpaq görüntüsü gündəm oldu – FOTOLAR
Bugün, 11:15 ŞOU-BİZNES
-
Daha iki kollecdə təyinat olub
Bugün, 11:06 CƏMİYYƏT
-
Daha 3 jurnalist müharibədə həlak olub
Bugün, 10:51 PRESS
-
Şimali Koreyanın yeni silahı – 7 hektarlıq ərazini külə çevirən raket sınaqdan çıxarıldı
Bugün, 10:39 GÜNDƏM