Palata rəhbərliyi Ermənistanın təxribatları ilə bağlı xarici həmkarlarını məlumatlandırıblar

img

29-10-2020 [20:02]


Hesablama Palatası 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin başladığı hücuma cavab olaraq Azərbaycan Ordusu tərəfindən aparılan əks-hücum əməliyyatlarının nəticələri barədə xarici həmkarlarını məlumatlandırıb.

Bu barədə Palatadan Mia.az-a verilən məlumata görə, məlumatda aparılan əks-hücum tədbirlərinin edilən hücumların qarşısının alınması, BMT-nın 1993-cü ildə işğal edilmiş torpaqların qeydsiz-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi və icra ediləmimiş 822, 853, 874 və 884 nömrəli qətnamələrinin icrasını təmin etmək məqsədi daşıdığı göstərilib.

Eyni zamanda, Ermənistan silahlı qüvvələri tərəfindən 65 nəfər mülki vətəndaşın, o cümlədən uşaqların və yaşlıların həlak olduğu, 297 nəfərin yaralandığı, təcavüz nəticəsində vətəndaşların və dövlətin əmlakına ciddi ziyan dəydiyi, bir sıra obyektlərin tam dağıdıldığı qeyd edilib.

Hesablama Palatası, aparılmış uğurlu əməliyyatlar nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsi,  həmin dövrdə bu torpaqlarda həyata keçirilmiş vandalizm aktları barədə məlumat vermiş, həmin rayon və şəhərlərin dağıdılması,  infrastrukturunun tam yox edilməsi, ekologi mühitə ciddi ziyan vurulması və təbii sərvətlərin amansızcasına istismar olunması xarici həmkarların diqqətinə çatdırılıb.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən azad edilmiş torpaqlarda infrastrukturun bərpası ilə bağlı verilmiş tapşırıqlar artıq icra olunmaqdadır.  

Məlumat  Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, həmçinin bu təşkilatın regional bölmələrinin - EUROSAI-ın, ASOSAI-ın, ECOSAI-ın Prezidentlikləri və Baş Katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına, həmçinin ayrı-ayrı ölkələrin ali audit orqanlarına təqdim edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR