Müdafiə Nazirliyi: "Ordumuz Ermənistanla sərhəddəki Rusiya zastavasını atəşə tutmayıb"

Müdafiə Nazirliyi: "Ordumuz Ermənistanla sərhəddəki Rusiya zastavasını atəşə tutmayıb"

GÜNDƏM

29.10.2020, 17:19

Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub: “Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR