DYP-nin yeni sözçüsü kimdir? - Vilayət Eyvazovdan təyinat

img

25-10-2020 [18:15]


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.

Mia.az BakuPost-a istinadən xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis mayoru Namidan Priyev gətirilib.

N.Priyev Bakı Şəhər DYPİ-nin Yol Patrul Xidməti Alayının sabiq komandiri Nadir Priyevin oğludur.

Xatırladaq ki, K.Əliyev bir müddət əvvəl BDYPİ-nin rəis müavini, eyni zamanda, İmtahan Qeydiyyat İdarəsinin rəisi təyin olunub.

Faktı BDYPİ-dən təsdiqləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR