Hərbi Komandanlıq işğaldakı ərazilərə gətirilən erməni əsgər və könüllülərə çağırış etdi: "Təslim olun..."

img

24-10-2020 [17:48]


Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə müraciət edib.

Müdafiə Nazirliyindən Mia.az-a daxil olan məlumatda bildirilir ki, Hərbi Komandanlıq onlara silahı yerə qoymağı və təslim olmağı təklif edir.

Məlumatda deyilir ki, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR