Livanın paytaxtı Beyrutda limanda yenidən yağın olub.
Məlumatı “Haberturk” yayıb.
Bildirilib ki, yanğının tüstüsü şəhərin müxtəlif yerlərindən görünür. Yanğının səbəbi ilə bağlı heç bir informasiya yayılmayıb.
Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 190 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq ammonium - nitrat və digər maddələrin yanması partlayış yaranıb./Report