Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı mayın sonunda Qazaxıstana dövlət səfəri edəcəyini təsdiqləyib.

Bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, Tokayev Putini mayın sonunda Avrasiya İqtisadi İttifaqının (Aİİ) qarşıdan gələn sammiti ilə əlaqədar Qazaxıstana dövlət səfərinə dəvət edib.

Söhbət zamanı prezidentlər həmçinin ticari-iqtisadi sahədə birgə layihə və təşəbbüslərin həyata keçirilməsini və Rusiya-Qazaxıstan münasibətlərinin gələcək inkişafını müzakirə ediblər./Report