İsrail polisi bu gün  Şərqi Qüdsdə müsəlmanların müqəddəs "Əl-Əqsa" Məscidində əməliyyat keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əməliyyatla tarixi məscidin İmamı Məhəmməd Əli Abbasini saxlanılıb.

Fələstinin rəsmi xəbər agentliyi olan WAFA məlumatı təsdiqləyib. Bildirilib ki, İsrail polisi saxlanmanın səbəbini açıqlamayıb.

Tahir Şəlvəli

MİA.AZ