Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 271-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 887-yə çatıb. İndiyədək 38 855 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 4 258 aktiv koronavirus xəstəsi var/Report.