İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında bank və maliyyə sahəsində əməkdaşlıq haqqında ilk protokol imzalanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

Razılaşma çərçivəsində maliyyə və investisiya sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün İsrail və BƏƏ ortaq komissiya yaradacaq.