İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində dövlət dairələri və xarici nümayəndəliklərin yerləşdiyi “Yaşıl Zona”ya bir neçə raket atılıb.

Bu barədə “Al Arabiya” telekanalı bildirib.

Qeyd olunub ki, raketlərdən dördü ABŞ səfirliyinin yaxınlığına düşüb. Telekanal zərərçəkənlər və ya dağıntılar haqqında məlumat verməyib.

Qeyd edək ki, İraqdakı ABŞ səfirliyi mütəmadi olaraq raket atəşinə tutulur./Report