Türkiyədə daha 36 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 1517 nəfərdə isə koronavirus aşkarlanıb.
Xatırladaq ki, dünən yoluxanların sayı 1491 nəfər, ölənlərin sayı isə 26 nəfər olub.