Türkiyədə daha 26 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 1491 nəfərdə isə koronavirus aşkarlanıb.
Xatırladaq ki, dünən yoluxanların sayı 1313 nəfər, ölənlərin sayı isə 20 nəfər olub.