Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsindəki gərgin vəziyyətə görə ABŞ-ı günahlandırıb.

Bu barədə məlumatı “BelTA” verib.

“Bütün bunları planlaşdırıb və istiqamət verən ABŞ-dır, avropalılar isə dəm tutur. Belə deyiblərsə, elə də edirlər. Bununla əlaqədar Varşava yaxınlığında xüsusi mərkəz yaradılıb. Biz nəzarət edirik, onların nə ilə məşğul olduğunu bilirik”, - prezident vurğulayıb/Report.