SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkədəki etirazlar fonunda etdiyi səhvlərdən danışıb.

Qorbaçov KİV-ə müsahibəsində Lukaşenkonu yol verdiyi nöqsanlara görə qınayıb: “Lukaşenko dəstək üçün sənaye işçilərinə müraciət etdi. Ancaq görünür, çox gecdir”.

O, əlavə edib ki, SSRİ dağılmazdan əvvəl işçilərə müraciət etmişdi, lakin lazımi dəstəyi almadı.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Ölkədə seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar başlayıb/Azvision.az