Ermənistanda son sutka ərzində 145 nəfər koronavirusa yoluxub.

“Sputnik Armenia”nın verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 41 846 nəfərə çatıb. 

Ermənistanda son sutkada daha 8 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 832 nəfərə çatıb.

Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 34 982 nəfərdir.