Avropa Parlamentinin deputatları Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır və Aleksandr Lukaşenkonu Avropa İttifaqında arzuolunmaz şəxs hesab edir.
Bu barədə Avropa Parlamentindəki partiyaların ortaq bəyanatında bildirilib.
“Avqustun 9-dakı prezident seçkiləri nə azad, nə ədalətli olub. Səhih məlumatlar Svetlana Tixanovskayanın qalib olduğunu deyir”, - bəyanatda vurğulanıb/Report.