Belarusun Brest şəhərində polis əməkdaşları onların üzərinə armaturla hücum edən nümayişçilərə qarşı odlu silahdan atəş açıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.
Bildirilib ki, hadisə nəticəsində 1 vətəndaş yaralanıb.