"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Mançester Yunayted" ulduz yarımmüdafiəçi ilə müqavilə imzalamaq istəyir.

Məlumatda bildirilir ki, klub 22 yaşlı ingilisin ulduzun transferi üçün 150 milyon avro xərcləməyə hazırdır.

Xatırladaq ki, Yarımmüdafiəçi bu mövsüm La Liqada 18 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ