İsrail İrana qarşı hücumlarında ilk dəfə öz inventarında olan F-35I qırıcı təyyarələrindən istifadə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu həminn təyyarələrin İrana doğru yola düşmə səhnəsini yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri ABŞ-dan alınmış və öz proqramlarını yazdığı bu qırıcılar İrandakı strateji hədəfləri bombalayıb.

Məlumatda deyilir ki, İsrailin "Möhtəşəm" adlandırdığı F-35I qırıcı təyyarələri standart F-35A modelindən fərqli olaraq, İsraildə öz proqram təminatı və aparat sistemləri ilə yenilənib. Bu təyyarələr, xüsusilə bölgədəki qabaqcıl hava hücumundan müdafiə sistemlərini (məsələn, S-300 və S-400) zərərsizləşdirmək üçün hazırlanmış Elbit Systems şirkətinin yerli istehsal olan elektron müharibə paketlərini və İsrail istehsalı olan sursatları (məsələn, Spice və Python-5) daşıya bilən çoxsaylı funksiyalara sahib qırıcılardır...

Tahir Şəlvəli

MİA.AZ