"Yaxın Şərqdəki nüvə obyektlərindəki vəziyyət son dərəcə həssasdır"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Moskvada Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası "Rosatom"un baş direktoru Aleksey Lixaçevlə birlikdə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, nüvə amili İrana hücuma əsas verib: "Sülh və müharibə arasında incə xətt var. Hazırda müharibə var, davam edir. Ümid edirik ki, mümkün qədər tez başa çatacaq. Sonra danışıqlara qayıdacağıq və bu, zəruridir".
Lixaçev İrana hücumu əsassız sayıb: "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik. Nə rəsmi, nə də intuitiv olaraq, belə desək, bu istiqamətdə heç bir dəlilimiz yoxdur".
Samir Musayev
MİA.AZ