ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda qəzaya uğrayan KC-135 yanacaq doldurma təyyarəsi barədə açıqlama yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada qəzada təyyraədə olan 6 nəfərdən 4-nün həlak olduğu bildirilib.
Məlumata görə, hazırda axtarış və xilasetmə əməliyyatları davam edir: "6 nəfərdən 4-nünün ölümünü təsdiq edirik. Digər iki nəfərin axtarşı davam edir. Təyyarənin vurulması barədə yayılan xəbər doğru deyil".
CENTCOM həla olan hərbçilərin adlarını isə ailələrinə xəbər verildikdən 24 saat sonra elan ediləcəyni qeyd edib.
Tahir Şəlvəli
MİA.AZ