ABŞ prezidenti Donald Tramp G7 ölkələrinin liderləri ilə onlayn görüşdə İran təslim olmaq üzrə olduğu haqda şok açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən "Axios" yazıb.
Nəşrin əldə etdiyi məlumata əsasən, Tramp 11 martda G7 liderləri ilə onlayn görüş keçirib: "Görüşdə əsas mövzu İranla müharibə olub. Görüşdə çıxış edən Tramp G7 liderlərini inandırmağa çalışıb ki, İran təslim olmaq üzrədir. Lakin bu təslimiyyəti elan edəcək lider qalmayıb, hamısını aradan götürüblər".
Qəzetin məqaləində ABŞ prezidentinin çıxışında belə bir fraqmentə yer verilib: "Mən hamımız təhdid edən xərçəngdən xilas edirəm. İndi İranda heç kim liderin kim olduğunu bilmir, ona görə də təslim olduğunu elan edə biləcək heç kim yoxdur".
Məlumatda deyilir ki, görüş zamanı G7 liderləri Trampı müharibəni tez bir zamanda bitirməyə çağırıb: "Lideri daha çox narahat edən isə Hörmüz boğazının qapalı oması və təhlükəsizliyidir. Onlar ən tez vaxtda boğazın açılmasını vacib sayır"
Tahir Şəlvəli
MİA.AZ