Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb.
Mia.az Türkiyə mətbuata isinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu açıqlama yayıb.
Bildirilib ki, Kuşadası Bələdiyyəsində rüşvət və mənimsəmə ittihamları ilə bağlı cinayət işi açılıb: "İstintaq çərçivəsində bələdiyyə sədri Ömər Günel də başda olmaqla, altı şübhəli saxlanılıb"
Məlumatda o da deyilir ki, saxlanılanlar arasında bələdiyyənin memarı Meral Celep, iş adamı və Kuşadasıspor Klubunun keçmiş prezidenti Ferdi Zenginoğlu və biznesmen Hüseyn Kabasakal da var.
Firudin Səfərli
MİA.AZ