İsrail ordusu Qəzzaya növbəti hücum həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ikisi uşaq da olmaqla, on iki fələstinli həyatı ilə vidalaşıb.
Qəzzadakı Daxili İşlər Nazirliyi bu faktı təsdiqləyib. Bildirilib ki, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzindəki Deyr Bəlahdakı əz-Zəvaydə ərazisi yaxınlığında bir polis maşınını da vurub: "Nəticədə bölgə rəisi polkovnik İyad Əbu Yusif başda olmaqla, 7 polis də vurulan maşında həlak olub"
Məlumatda o da deyilir ki, Qəzza şəhərinə endirilən zərbə isə ikisi uşaq, ikisi isə yaşlı olmaqla 4 fələstinli öldürülüb.
Tahir Şəlvəli
MİA.AZ