Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsindəki Skardu şəhərində İran lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra etirazlar başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, etirazçılar bölgədəki Birləşmiş Millətlər Təşkilatının (BMT) ofislərinə hücum ediblər, həmçinin bir məktəbi və polis bölməsini yandırıblar.

Məlumata görə, vəziyyəti nəzaərət götürmək üçün Gilgit-Baltistan polisi Skarduda komendant saatı elan edib: "Polis əhalini təmkinli olmağa çağırıb, ictimai əmlakın qorunmasını tələb edib"

Xəbərdə deyilir ki, bölgədəki bütün xarici turistlər təhlükəsiz ərazilərə təxliyə olunub: "Bəzi yollarda təhlükəsizlik səbəbi ilə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmçinin Gilgit-Baltistan bölgəsindəki mağazalar, bazarlar və biznes mərkəzləri qapadılıb"

Xatırladaq ki, İran lideri Ayətullah Əli Xameneinin öldürülməsi Pakistanın digər bölgələrində də etirazlara səbəb olub.

Paytaxt İslamabad, Lahor, Peşəvər və Kvetta da ABŞ və İsrailin İrana hücumlarına qarşı etiraz aksiyaları keçirilib.

Tahir Şəlvəli 

MİA.AZ