Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı səfirliyini bağlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, BƏƏ Tehrandakı səfirliyinin bağlanmaqla yanaşı, İrandakı səfiri başda olmaqla bütün diplomatik personalı geri çəkilib.

Bəyanatda bu adıdm İranın BƏƏ-yə raket və PUA zərbələri ilə əlaqələndirilib: "İran BƏƏ-də yaşayış yerləri, hava limanları, dəniz limanları və xidmət obyektləri kimi mülki ərazilərə hücumlar həyata keçirir, mülki insanların həyatını təhlükəyə atmaqla məsuliyyətsiz eskalasiyaya səbəb olub. Bu, BƏƏ-nin milli suverenliyini, beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması deməkdir"

Qeyd edilib ki, İranın aqressiv və təxribatçı yanaşması gərginliyi daha da artırır və bu, regionu son dərəcə təhlükəli bir yola aparır.

Firudin Səfərli

MİA.AZ