İran lideri Ayətullah Əli Xameneinin ABŞ-İsrail hücumlarında öldüyü açıqlandıqdan sonra İraqda üç günlük matəm elan olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq hökumətinin sözçüsü Basim əl-Əvadi açıqlama verib.
O, Xameneinin ABŞ-İsrail hücumlarında ölməsi ilə bağlı dərin kədərini ifadə edib, ölkəsi adına İran xalqına başsağlığı verib: "Xameneinin ölümü ilə əlaqədar İraqda üç günlük matəm elan edilib".
İraq hökuməti bununla yanaşı, İrana qarşı hərbi əməliyyatların dərhal və qeyd-şərtsiz dayandırılması tələb edir.
Tahir Şəlvəli
MİA.AZ