ABŞ və İsrailin İrana qarşı müharibə elanından sonra bölgədə yaranan xaotik vəziyyət Avropa İttifaqı sərhədinə sıçrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhərə yaxın Cənubi Kiprdəki Britaniya hərbi bazasına PUA hücumu olub.

Məlumata görə, naməlum kamikadze PUA-sı Böyük Britaniya bazasını vurub: "Gecəyarısı bazada güclü partlayış səslə\ri eşidiilib. İlkin məlumata gərə, bazaya maddi zərər dəyib. İtki və ya yaralı yoxdur."

Xəbərdə deyilir ki, hücumdan dərhal sonra ingilis qırıcılar havalanıb, bölgədə nəzərət artırılıb. 

Kipr Hökumətinin sözçüsü Konstantinos Letymbiotis faktı təsdiqləyib: "Hadisədə drondan istifadə edilib və bazaya ziyan dəyib. Müvafiq orqanlar dərhal nəzərdə tutulan təhlükəsizlik protokollarını işə salıb. Böyük Britaniya hökuməti ilə daimi koordinasiyada vəziyyətindəyik"

Samir MUSAYEV

MİA.AZ