ABŞ aviasiyası İranın İraqla sərhədində yerləşən İlam əyalətinin Mehran rayonu bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İlam Sərhəd Mühafizəsi Komandanlığının açıqlamasında bildirilib.

Qeyd olunub ki, İmam Xomeyni meydanı yaxınlığında Mehran Sərhəd Batalyonuna qarşı bombalama hücumunda 11-i hərbçi olmaqla, 22 nəfərin həlak olub: "21 nəfər isə yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır"

Xatırladaq ki, İsrail və ABŞ Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davamına baxmayaraq, 28 fevralda qəfildən İrana hücuma başlayıblar. Nəticədə İranın ali dini lideri başda olmaqla, bir çox vəzifəli şəxsləri öldürülüb.

İran Qırmızı Aypara Cəmiyyətindən bildirilib ki, son iki gündə İranda 201 nəfərin ölüb, 747 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ