Ötən gecə İsrailin hücumu nəticəsində 31 nəfərin öldüyü, 150 nəfərin yaralandığı Livanda bütün özəl və dövlət məktəbləri, eləcə də peşə və texniki təhsil müəssisələrində tədrisə ara verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan Təhsil və Ali Təhsil Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, qərar İsrailin hücumu fonunda fövqəladə təhlükəsizlik vəziyyəti ilə bağlı qəbul edilib.

Qərarda dərslərin başlanma tarixi açıqlanmayıb.

Tahir Şəlvəli 

MİA.AZ