Azyaşlıları cinsi istismarda günahlandırılan məşhur amerikalı milyarder Epşteyni işi üzrə istintaqda olan 3 milyondan çox açıqlanmış sənədin arasında onun Fransa prezidenti Emmanuel Makronla 2017-ci ildəki yazışmaları böyük maraq oyadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransaə müxalifət Makronun adı çəkilən sənədlərlə bağlı istintaq tələb edirlər.
Məlumatda deyilir ki, bu sənədlərdə Epşteynin Makronun çoxsaylı məsələlərdə ondan kömək istədiyi faktı var: "Sənədlərdə Makronun əxlaqsız milyarderlə həm 2017-ci ildə prezident seçilməzdən əvvəl, həm də sonrakı dövrlərə aid çoxsaylı yazışmalar var. Epşteynin Makrondan bir çox məsələdə kömək istəyib. Məsələn, açıqlanan elektron poçt yazışmalarının birində Epsşteyn 17 sentyabr 2018-ci ildə Dünya İqtisadi Forumunun (WEF) prezidenti və baş icraçı direktoru Borge Brendeyə göndərdiyi mesajda Makronla söhbətindən söz açıb. Lakin bu hissə nədənsə sirr kimi məxfi saxlanılıb, açıqlanan sənəddə yer almayıb. Lakin makronun Maliyyə naziri olduğu dövrdə onlar arasında "məhsuldar fikir alış-verişi" olması barədə sənədlər açıqlanıb..."
Sənədlər arasında Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı Sultan Əhməd bin Süleymin 22 mart 2016-cı ildə Epşteynə göndərdiyi elektron poçt da var: "Bin Süleym bu yazışmada Yelisey Sarayında nahar etdiyini və o vaxtlar Fransanın maliyyə naziri olan Makronla "yaxşı görüş" keçirdiyini bildirib. 30 avqust 2018-ci il tarixli başqa bir elektron poçt mübadiləsində Epşteyn Makronun ondan institutlar, siyasətlər və elm də daxil olmaqla bir çox mövzuda məsləhət almasından söz açıb. O, Makronun Avropaya, bəlkə də dünyaya rəhbərlik etmək istədiyi"ni iddia edib".
Fransa Vətənpərvərlər Partiyasının (Patriotes) lideri Florian Philippot Makronla bağlı yayılan bu sənədlərdən sonra istintaq araşdırması tələb edib. O, Makronu "Fransanın milli təhlükəsizliyini təhlükə altına atmaq"da ittiham edib.
Hüseyn Namazov
MİA.AZ