İran Prezident Məsud Pezeşkian ABŞ-ın hücum ehtimalı ilə bağlı bölgə dövlətləri il diplomatik təmasları artırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Prezident Administrasiyaı məlumat yayıb.
Məlumatda deyilir ki, İran Prezidenti Məsud Pezeşkian Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
O, müzakirələrdə Qətər və Pakistanın İrana dəstəyini və həmrəyliyini yüksək qiymətləndirib. İran lideri İslam ölkələri arasında birlik, həmrəylik və əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Pezeşkian İranın xarici siyasətinin beynəlxalq hüquqa və bərabərhüquqlu, diplomatiyaya təhdid yaratmayan yanaşmaya əsaslandığını bildirib və əlavə edib ki, əgər ABŞ həqiqətən danışıqlar və diplomatiya axtarırsa, gərginliyi artıran təxribat hərəkətlərinə son qoymalıdır: "İran heç vaxt müharibə başlatmayıb. Biz münaqişə istəmirik. Təkrar edirik biz dialoq, şərəfli diplomatiya və razılaçma istəyirik. Lakin bu o deməkdeyil ki, danışıqlar zamanı təhdidlərə və ya hücumlara məruz qalmalıyıq. Belə hal olarsa, biz ölkəmizi və xalqımızı müdafiə edəcəyik. Fikrimizdə qəti və qərarlıyıq".
Məlumatda deyilir ki, həm Qətər Əmir, həm dəə Pakistanın Baş naziri İranın təhlükəsizliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı müharibəyə, sanksiyalara və ya siyasi müdaxilələrə qarşı olduqlarını bir daha təkrarlayıblar: "Hər iki lider problemlərin dialoq və diplomatiya yolu ilə həlli üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Onlar tensial münaqişənin regionda qeyri-sabitlik yarada biləcəyi barədə xəbərdarlıq ediblər".
Samir MUSAYEV
MİA.AZ