ABŞ prezidenti Donald Trampın İrana doğru "nəhəng bir donanma gəlir" xəbərdarlığından sonra Yaxın Şərq və yaxın bölgələrdə gərginliyi artırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu kontekstdə Tehran administrasiyasının geri çəkilməməsi, əksinə, "Əlimiz tətikdə gözləyirik" tipli meydan oxuyan açıqlamalar verməsi vəziyyəti daha da həyəcanlı hala gətirib.
Bu cür vəziyyətdə isə ortaya yalnız bir düşündürücü sual çıxır: İran potensial hücuma iddia edildiyi kimi, misli görünməmiş formada cavab verə bilərmi? Yaxud İranın belə bir hərbi potensialı varmı?
Mia.az xarici mətbuata istinadla bildirir ki, İranın hazırda aktiv hərbi qüvvələri 610.000 - 650.000 arasında, ehtiyat hərbi qüvvələri isə təxminən 350.000 nəfərdir.

Yəni, ümumilikdə bir milyon cibvarında canlı qüvvəyə sahib İran ordusunun əsas gücü isə uzaaqmənzilli ballistik raketləri sayılır.
Bunu ABŞ Dövlət Katibi Marko Rubionun təxminən 40.000 Amerika əsgərinin İran raketlərinin hədəf dairəsində olması barədə açıqlaması da təsdiqləyir.
Araşdırmamız zamanı aydın olur ki, sanksiyalara və illərlə davam edən təzyiqlərə baxmayaraq, İran, xüsusilə şəxsi heyət və raket gücünün xeyli artıra bilib. Ordunun arsenalı isə bir çox mənbələrdə belə sıralanıb:
"Aktiv qoşun sayı: 610.000 – 650.000
Ehtiyat qoşunlar: Təxminən 350.000
Bu rəqəmlərlə İran dünyanın ən böyük 15 ordusu arasında yer alır. Lakin İran Hərbi Hava Qüvvələri müasir silahlanmada xeyli geridə qalb".
Araşdırmaya əsasən, İranın hava qüvvələri arsenalı əsasən 1979-cu il inqilabından əvvəl qalan ABŞ istehsalı olan F-14-lərdən, eləcə də Sovet və Çin istehsalı olan təyyarələrdən ibarətdir. Lakin İran pilotsuz uçuş aparatları və raket texnologiyası ilə hava gücündəki boşluğu aradan qaldırmağa çalışır:
"Cəmi hərbi döyüş və nəqliyyat təyyarələri: 550 – 640
Vertolyotlar: 400+
Tanklar:
Təxminən 2000 (T-72S, Zülfiqar və Karrar)
Zirehli nəqliyyat vasitələri: 4300+
Çoxfunksiyalı raket buraxıcı: 1900+
Artilleriya sistemləri: 2700+"
Beləliklə, İranın güvəndiy və öytən ilin iyulundakı 12 günlük ABŞ-İsrail savaşında sınaqdan çıxardığə ən güclü sahələrindən biri olan raket proqramı:

"Ballistik raketlər: Şahab, Fatih, Zülfiqar, Xeybər Şakan
Mənzili: 2000 – 2500 km (İsrail və Şərqi Avropanı əhatə edir)
Hava hücumundan müdafiə: Rusiya S-300 və yerli Baver-373 (S-400-ə ekvivalent olduğu iddia edilir)"
Bəs, ABŞ İrana hücum etsə, hansı ssenarilərın reallaşma ehtiamllartı var?
BBC-nin təhlilinə görə, ABŞ-ın İrana qarşı mümkün hərbi müdaxiləsi aşağıdakı ssenariləri ortaya çıxara bilər:
Məhdud və dəqiq əməliyyatlar: Nüvə obyektləri və raket bazaları hədəfə alına bilər;
"Venesuela modeli": Hökumət devrilmir, lakin geri çəkilməyə məcbur edilir;
Hərbi şevriliş ssenarisi: İnqilab Keşikçiləri nəzarəti ələ keçirə bilər;
ABŞ bazalarına qarşı sərt qisas cavabı: Bölgədəki Amerika obyektləri vurula bilər;
Hörmüz boğazının bağlanması: Neft və qaz qiymətləri qlobal miqyasda fantastik həddə qalxa bilər;
ABŞ-ın bölgəyə göndərdiyi nəhəng hərbi gəmisinin vurulması: bu, böyük hərbi və siyasi böhran yarada bilər;
Xaos və vətəndaş müharibəsi: 93 milyon əhalisi olan bir ölkədə böyük humanitar böhrana sürüklənə bilər;

Yekun olaraq deyə bilərik ki, Trampın sərt mesajları və İranın dirənişi Yaxın Şərqi yenidən müharibə astanasına gətirib. Sözsüz ki, İran bölgədə hərbi kəmiyyət baxımdan üstün olsa da, texnoloji cəhətdən ABŞ-dan müqayisəolunmaz səviyyədə geri qalır. Ancaq unutmayaq: İtanın raket imkanları, PUA-ları və Hörmüz boğazındakı strateji mövqeyi potensial münaqişəni təkcə ikitərəfli böhrana deyil, qlobal böhrana çevirmək potensialındadır...
F.Əhməd
MİA.AZ