İraq Parlamentində nəzərdə tutulan Prezident seçkiləri ilə bağlı iclas növbəti dəfə təxirə salınıb.
Mia.az xəbər verir ki, bu barədə İraqın rəsmi xəbər agentliyi INA məlumat yayıb.
Məlumata görə, buna səbəb yetərli sayda deputatın iclasda iştirak etməməsi olub.
Xatırladaq kii, 27 yanvarda da eyni səbəbdən iclas baş tutmayıb.
Xatırladaq ki, İraqda 2003-cü ildən bəriölkədəki şiə, süni və kürd qruplaşmaları arasında anlaşmaya əsasən, prezident kürd siyasi partiyalarının namizədləri arasından seçilir. Keçmiş prezident Cəlal Tələbaninin ölümündən sonra bu vəzifəni bu günə qədər Kürd Partiyasının üzvləri tutub. Baş nazir postuna isə şiələrin namizədi, sabiq baş nazir Nuri əl-Maliki göstətilib. Parlament sədri isə sünilərin namzədi olacaq.
Tahir Şəlvəli
MİA.AZ