Pakistan və Banqladeş arasında birbaşa uçuşların bərpasına qərar verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Bildirilib ki, "Biman Bangladesh Airlines" şirkətinin BG-341 rtəyyarəsi bu gün Banqladeşin paytaxtı Dəkkədəki Həzrət Şahcəlal Beynəlxalq Hava Limanından yola düşüb: "Təyyarə az əvvəl Pakistanın Karaçi şəhərindəki Cinnah Beynəlxalq Hava Limanına enib. Bu, 14 ildən sonra Banqladeş və Pakistan arasında ilk birbaşa uçuş olub".
Samir MUSAYEV
MİA.AZ