ABŞ-ın Los-Anceles şəhərində keçirilən qanunsuz miqrantların həbsi, onların ölkədəndeport edilməsinə qarşı alksiya zorakılıqla dağıdılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Miqrasiya və Gömrük Mühafizəsi (İGM) əleyhinə etirazların ikinci günündə da onlarla insan həbs edilib.

Los-Anceles Polis Departamentindən bildirilib ki, Los-Ancelesin mərkəzində keçirilən aksiyada həbs olunan etirazçıların "polisə ölümcül silahla hücum" etdiklərini, eyni zamanda, onların "iğtişaşa cana ataraq, dağılışmaqdan imtina" etmələri xüsusi qeyd edilib. Polis saxlanılanların sayını açıqlamayıb.

Yerli media isə yazır ki, təxminən 70 nəfər tutulub: "Onların çoxu plis dəyənəyi və göz yaşartıcı qazdan xəsərət alıblar".

Etirazçılar isə bəyanat yayaraq, ICE-nin ölkədə çoxsaylı qanunsuz aktlara imza atdığını bəyan edib və buna etiraz edən insanlara is polisin zorakılıq göstərdiy bildirilib: "Polislər dövlət gücündən bizə qarşı həddən ziyadə artıq istifadə edir..."

Los-Anceles meri Karen Bass isə etirazçılara dəstək verib: "Düşünürəm ki, etirazlar son dərəcə vacibdir, lakin bu etirazların dinc olması və vandalizm olmaması eyni dərəcədə vacibdir."

Samir Musayev

MİA.AZ