“Fənərbağça”nın sabiq futbolçusu “Bavariya”dan ayrılır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, daha əvvəl “Fənərbağça”da çıxış edən və buradan "Napoli"yə, oradan isə “Bavariya” yolanan müdafiəçi Kim Min-jaenin mövsümün sonunda keçmiş komandası “Napoli”yə dönəcək.
Məlumata görə, "Bavariya"da çox vaxt ehtiyatda qalan futbolçu artıq “Napoli” ilə ilkin danışıqlar apraıb və razılaşma əldə olunub.
Qeyd edək ki, 2022-ci ilin yayında 19 milyon avroya "Fənərbağça"dan "Napoli"yə keçən cənubi koreyalı Kim Min Jae "Bavariya"da 3 qolun ötürməsini verib.
Fərid ASLAN
MİA.AZ