"Antalyaspor"un baş məşqçisi Əmrə Belözoğlu çempionluq yarışı ilə bağlı proqnoz verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fanatik"ə açıqlamasında "Super Liqada hansı komanda çempion olacaq?" sualına belə cavab evrib: ''Əlbəttə, futbolda hər şey mümkündür. Ancaq iki komanda liqada açıq-aşkar üstün vəziyyətdədir. Onlardan biri, daha dəqiqi, "Qalatasaray"ın mövsümün sonunda çempion olacağı görünür. İnşallah, liqa dostluq və ədalətli oyun şəraitində başa çatacaq.
"Fənərbağça"ya gəldikdə, onlar "Kayserispor"la heç-heçə ilə xal fərqinin 5-ə yüksəltdi deyə şanslarını daha da çətinləşdirdi. O səbəbdən indiyədək cəmi bir dəfə məğlub olan "Qalatasaray"ı daha şanslı saymaq olar"
Fərid ASLAN
Mia.az