Türkiyədə saxta spirt istehsalına qarşı yeni əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

O bldirib ki, ölkənin 81 şəhərində baş tutan əməliyyatla bazar dəyəri 94 milyonlirə olan 63 min 957 litr saxta spirt və 96 min 992 araq ələ keçirilib. 

Nazirin sözlərinə görə, saxta spirtli içki istehsal etdiyi müəyyən edilən 137 şübhəli isə tutulub.

Firudin Səfərli
Mia.az