Qətərdə yarışda keçirdiyi qəzada ağır xəsarətlər alan "MotoGP" çempionu Jorge Martinin ölkəsinə aparılacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aprelin 13-dən Qətərdə müalicə alan Martininsəhhətində irəliləyiş olmaması və ailəsinin  israrı üzərinə onun təcili yardım təyyarəsi ilə İspaniyaya aparılmasına hazırlıq göülür.

Məlumata görə, qəzada Martinin 11 qabırğası sınıb, nəticədə ağciyəri çox ciddi sıradan çıxıb: "Dohada ispan pilotun ağciyər funksiyaları bərpa olunsa da, hələ də həyatına  çox böyük təhlükə qalır..."

Fərid Aslan
MİA.AZ