Türkiyənin birinci liqasında çıxış edən "Gənclerbirliği"nin 2007-ci il təvəllüdlü yarımmüdafiəçisi Baran Yıldız İngiltərə komanası ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baran Yıldız artıq "Nyukasl Yunayted"ə transfer olunub. 

Məlumata görə, 4.5 il müddətinə müqaviləyə imza atan Baran Yıldız üçün ingilis klubu "Gənclərbirliyi"nə 2,5 milyon lirə (65 min dollar-Mia.az) ödəyəcək: "Razılaşmaya əsasən, o, digər kluba satılarsa, “Gençlerbirliği”nə əlavə 15 faizlik haqq veriləcək".

Xəbərdə o da qeyd olunub ki, gənc futbolçu hələlik "Nyukasl Yunayted"in U18 komandasında çıxış edəcək.

Fərid Aslan
MİA.AZ