Ötən gecə Çempionlar Liqasının 1/4 final mərhələsinin maraqlı cavab qarşılaşmaları baş tutub.
Mia.az xəbər verir ki, “Barselona” komandası ilk oyunda 4-0-lıq qalibiyyətin revanşında Almaniyada “Borussiya”ya 3-1, PSJ isə 3-1-lik qələbənin cavab oyununda İngiltərədə “Aston Villa”ya 3-2 uduzub.
Lakin hər iki komanda ilk oyunun nəticələrinə əsasən, növbəti mərhələyə vəsiqə qazanıblar.
Fərid ASLAN
MİAA.Z