Sonuncu dəfə 2019-cu ildə Şimali Koreyada keçirilən Beynəlxalq Pxenyan Marafonu müxtəlif ölkələrin idmançılarının iştirakı ilə yenidən keçirilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 6 illik fasilədən sonra baş tutan beynəlxalq marafona yerli əhali böyük maraq göstərir.

Məlumata görə, paytaxt Pxenyanda 31-ci dəfə keçirilən marafonda Çin, Rumıniya, Mərakeş, Efiopiya, Polşa kimi müxtəlif ölkələrdən idmançılar iştirak edirlər: "Ölkənin qurucusu Kim İr Senin xatirəsini anmaq üçün təşkil olunan Beynəlxalq Pxenyan Marafonu 2020-ci ildə COVID-19 pandemiyasına görə təkrarlanmırdı".

Xəbərdə o da deyilir ki, yarışla bağlı ölkəyə məüyyən qism turistin daxil olmasına icazə verilib.

Lamiyə Əhmədli
MİA.AZ