Bu gün Türkiyə superliqasında "Antalyaspor"u qəbul edən "Qalatasaray" rəqibini darmadağın edib.

Mia.az xəbər  verir ki, oyun İstanbul komandasının qələbəsi ilə başa çatıb - 4:0.

Bu qələbədən sonra xalını 71-ə yüksəldən "Qalatasaray" ən yaxın izləyicisi "Fənərbağça" ilə xal fərqini 10-a yüksəldib. "Cimbom" gələn həftə "Beşiktaş"la derbi matçı keçirəcək.

33 xalı olan "Antalyaspor" Antalya derbisində "Alanyaspor"u qəbul edəcək.

Fərid Aslan

MİA.AZ